TikTok istifadəçiləri üçün yeni imkan yaradılıb.
AZXEBER.COM xəbər verir ki, platformada istifadəyə verilən yeni funksiya video çəkilişi zamanı seçilən musiqinin sözlərini ekranda göstərir.
Belə ki, istifadəçilər video çəkərkən musiqinin sözlərini ekrandan izləyə və onunla birlikdə oxuya biləcəklər. Bu imkan xüsusilə sözlərini bilmədikləri musiqilərlə video hazırlayanlar üçün əlverişlidir.
Yeni funksiya sayəsində musiqinin sözlərini əvvəlcədən axtarmağa və əzbərləməyə ehtiyac qalmayacaq.
Fəridə Əsədzadə











































