Parisdə etirazlar: Polis səs və gözyaşardıcı qaz qumbaralarından istifadə edib

Parisdə etirazlar: Polis səs və gözyaşardıcı qaz qumbaralarından istifadə edib
DÜNYA
03:16 06.11.2026
57
Parisdə bahalaşmaya qarşı keçirilən etiraz yürüşü başa çatdıqdan sonra Millət meydanında ("Place de la Nation") qalan nümayişçilərin polis tərəfindən dağıdılmasına başlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, həmkarlar ittifaqlarının təşkil etdiyi yürüşün son iştirakçıları meydandan keçdikdən sonra ərazinin perimetri boyunca növbə çəkən polis əməkdaşları orada qalan insanları dağılışmağa çağırıblar.
 
Buna cavab olaraq, nümayişçilərdən bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edib və onlara müxtəlif əşyalar atıblar.

Polis buna cavab olaraq səs və gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Həmçinin qalxan və dəyənəklərin köməyi ilə insanları tədricən meydanın çıxışına və metro stansiyasına doğru sıxışdırıb.

CGT həmkarlar ittifaqının məlumatına görə, Parisdə keçirilən nümayişdə 350 min nəfərədək, ölkə üzrə aksiyalarda isə ümumilikdə 1.6 milyon insan iştirak edib.

Paris Polis Prefekturası isə paytaxtdakı nümayişçilərin sayını 75-80 min nəfər arasında qiymətləndirib.
OXŞAR XƏBƏRLƏR