Mourinyo Qvardiolaya “ilişdi”

İDMAN
04:05 27.04.2011
1984

 

48 yaşlı çalışdırıcı ÇL-dəki oyunun Kral kuboku və ya la liqa matçlarından fərqli olacağını dilə gətirib: "Hər matçın fərqli bir hekayəsi var. Xüsusilə, sonunda kubok olan matçlar digərlərindən fərqlidi".

Bir çox mütəxəssis və ekspertlərin "Barselona"nı tarixin ən yaxşı komandası olaraq göstərməsinə də toxunan Mourinyo onlara qısa cavab verib: "Mən də onların oyununu zövqlə izləyirəm. "Barselona" çox yaxşı komandadı, amma ən yaxşı deyil".

Qeyd edək ki, UEFA "El Klassiko"ya portuqal hakim təyin edə bilərdi. Lakin ötən günlərdə belə bir qərarı arzu etmədiklərini dilə gətirən Qvardiola matça almaniyalı Volfqanq Ştarkın baş hakim təyin olunmasında böyük rol oynamışdı. Alman hakimin isə bir Messi pərəstişkarı olduğu məlumdu: "Axşamkı matçın favoriti yoxdu. Ümid edirəm, hakim əleyhimizə səhv qərar verməz və iki komanda da meydandan şikayət etmədən ayrılar. Amma Qvardiolanın xoşbəxt olacağına inanmıram. O, həyatımda gördüyüm matçdan əvvəl hakim tənqid edən tək baş məşqçidi. Mən hakimlərdən şikayətçi olanda bunu inanaraq edirəm".

/// apasport

OXŞAR XƏBƏRLƏR