Aprelin 19-da A.Məhərrəmov küçəsində yerləşən avtoyuma sexindən Bakı şəhər sakini Tacəddin Əfəndiyevə məxsus "BMW" markalı avtomobil qaçırılıb.
AZXEBER.COM-un Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi RPİ-nin 19-cu PB və Ağsu RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Ağsu rayon sakini Eyvaz Kazımov aprelin 23-də Ağsu rayonunda avtomobillə birlikdə saxlanılıb, cinayətin digər iştirakçısının tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.