“Mozalan” filmlərinin internet məkanı

“Mozalan” filmlərinin internet məkanı
MEDİA
11:50 04.09.2012
4711
Azərbaycan internet məkanında xeyli uğurlar əldə etmiş ensiklopedik azerbaijans.com saytı maraqlı yenilənmələri ilə daim gündəmdədir.
Azerbaijans.com-un redaksiyasından AZXEBER.COM-a verilən məlumata görə, sayt bu dəfə “Kino” bölməsinə ““Mozalan” satirik jurnalı” linkini əlavə edib. Linkdə Azərbaycanın kino salnaməsində mühüm hadisələrdən biri hesab olunan “Mozalan” satirik kinojurnalı haqqında məlumat və 300-dən artıq filmin videoçarxı yerləşdirilib. Xüsusilə kino həvəskarlarının ürəyincə olacaq bu yenilənmə vasitəsilə hər bir istifadəçi rahatlıqla müxtəlif illərdə lentə alınmış və Azərbaycan kino sənətində xüsusi mərhələ olan “Mozalan” filmlərini seyr edə biləcək. Qeyd edək ki, 1971-ci ildə "Azərbaycanfilm" kinostudiyasının nəzdində təsis edilən “Mozalan” kinojurnalının indiyə qədər 180-dən çox nömrəsi istehsal edilib. Bir neçə bədii, sənədli və cizgi süjetin yer aldığı nömrələrdə cəmiyyətdəki neqativ hallara qarşı mübarizə, xoşagəlməz hadisələr geniş tamaşaçı auditoriyasına satirik dillə çatdırılır.
OXŞAR XƏBƏRLƏR