APA-nın məlumatına görə, noyabrın 20-də MSK-nın növbəti iclasında 107 saylı Qazax və 9 saylı Binəqədi ikinci seçki dairələrində deputatlığa namizəd olmuş şəxslərin seçkinin nəticəsinin ləğv olunması ilə bağlı şikayətlərinə baxılıb.
Qeyd olunan dairələr üzrə daxil olan müraciətlər qismən təmin olunub və hər bir dairənin beş məntəqəsində seçkilərin nəticələri etibarsız sayılıb.