MSK bu gün Əli Əhmədovun deputat mandatının ləğvi məsələsinə baxacaq

SİYASƏT
16:12 12.11.2013
1007
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq.

MSK-dan  verilən məlumata görə, Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilmiş Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verilməlidir.

Qeyd edək Ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.(APA)

OXŞAR XƏBƏRLƏR