‘MSK bununla bağlı Cəmil Həsənliyə də, ‘Azadlıq’ qəzetinə də xəbərdarlıq etməlidir’ - Siyavuş Novruzov

‘MSK bununla bağlı Cəmil Həsənliyə də, ‘Azadlıq’ qəzetinə də xəbərdarlıq etməlidir’ - Siyavuş Novruzov
SİYASƏT
13:43 17.09.2013
1337

“Azadlıq” qəzetinin bu cür qanunu pozması azmış kimi, həm də ancaq bir namizədin təbliği ilə məşğul olur, digərlərinə qarşı qara piar aparır, şər, böhtan kampaniyası həyata keçirir”

“Yeni Azərbaycan Partiyası Milli Şuranın təşəbbüs qrupu tərəfindən prezidentliyə namizəd Cəmil Həsənlinin seçki qanunvericiliyini pozması ilə bağlı beynəlxalq təşkilatlara, eyni halı “Azadlıq” qəzeti davam etdirdiyi təqdirdə isə Mətbuat Şurasına şikayət ünvanlayacaq”. BunuAPA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzov qeyd edib ki, C. Həsənli təbliğat-təşviqat kampaniyasına start verilmədən seçki təbliğatına başlayıb: “Cəmil Həsənli Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozub, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq, təbliğat – təşviqat kampaniyası aparıb. Ödənişli seçkiqabağı təşviqat prosesinə qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyən “Azadlıq” qəzetinin də onun təbliğat kampaniyası ilə məşğul olması ciddi qanun pozuntusudur. MSK-nın saytında da seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək mətbuat orqanları siyahısında da “Azadlıq” qəzetinin adı yoxdur. Məsələn, bu gün biz “Azərbaycan” qəzetində pulsuz yazı dərc etmək üçün püşkatmada iştirak elədik. Eyni hal “Xalq”, “Respublika” qəzetlərinə də aiddir. Bu, qanunun tələbədir. Amma Milli Şuradakılar qanunun tələbini ciddi şəkildə pozurlar. İstədikləri yazını, istədikləri reklamı say çoxluğu ilə, özü də əvvəldən təşviqat kampaniyasından rəsmi imtina edən bir qəzetdə yayımlayırlar. “Azadlıq” qəzetinin bu cür qanunu pozması azmış kimi, həm də ancaq bir namizədin təbliği ilə məşğul olur, digərlərinə qarşı qara piar aparır, şər, böhtan kampaniyası həyata keçirir”.

S. Novruzov deyib ki, bu, Seçki Məcəlləsinə ziddir: “Bizim fikrimizcə, MSK bununla bağlı Cəmil Həsənliyə də, “Azadlıq” qəzetinə də xəbərdarlıq etməlidir. Həm də İnzibati Xətalar Məcəlləsinin tələbləri yerinə yetirilib, bu qurum cərimə olunmalıdır. Əgər proses yenə davam edərsə, MSK daha ciddi qərarlar qəbul etməlidir. Bu məsələyə çox ciddi fikir verilməlidir”.

S. Novruzov deyib ki, YAP “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlanlamağı düşünür: “Çünki təbliğatdan rəsmən imtina edən bir qəzet məqsədli formada ancaq bir namizədin təbliğatı ilə məşğul olur, digər namizədlərə qarşı şər kampaniyası aparır”.

YAP rəsmisi bildirib ki, onlar beynəlxalq təşkilatların seçki müşahidə missiyaları ilə görüşdə də C. Həsənlinin seçki ərəfəsində namizəd olaraq qanun pozuntularına yol verdiklərini bildirəcəklər: “Əgər onun bu gündən bu kampaniyanı dayandırmasalar, biz beynəlxalq qurumlara da müraciət ünvanlayacağıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb