MTN-in Heydər Əliyev adına Akademiyasının kursant heyəti iyunun 26-da “Azadlıq” meydanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü ilə əlaqədar keçiriləcək hərbi paradda Milli Təhlükəsizlik Nazirliyini (MTN) təmsil edəcəklər. Femida.az-ın məlumatına görə, Akademiyanı paradda təmsil edəcək zabit və kursant heyəti “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” medalı ilə təltif ediliblər.