MTN-ə işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər tutuldu

MTN-ə işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər tutuldu
Bütün Xəbərlər
00:08 21.12.2011
2287

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ kecirmək məqsədilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıb. AZXEBER.COM-un Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğunun birgə yaydıqları məlumata istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər sakini, 1981-cı il təvəllüdlü Ağacanov Elçin Tapdıq oğlu özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşının (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) etibarından sui-istifadə edərək ona 50 min manat pul müqabilində Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd verib. Elçin Ağacanov bu məqsədlə Bakı şəhəri Bayıl qəsəbəsinin ərazisində yerləşən restoranların birində həmin vətəndaşın 50 min manat pulunu ələ keçirməyə cəhd edərkən cinayət başında yaxalanıb.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, Elçin Ağacanov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Cavadov İlqar Məcnun oğlu ifşa edilib. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciətində göstərib ki, İlqar Cavadov onu Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd verib, bunun üçün 80 min manat pul istəyib və aralarında olan sövdələşməyə görə ilkin ödəniş kimi 5 min manat verilməsi barədə razılaşıblar.

Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki kafelərin birində ilkin ödəniş kimi 5 min manat pulu ərizəçidən alarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində İlqar Cavadov cinayət başında yaxalanıb.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, İlqar Cavadov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirili

OXŞAR XƏBƏRLƏR