MTN "facebook"dakı səhifəni araşdıracaq

MTN "facebook"dakı səhifəni araşdıracaq
Bütün Xəbərlər
15:29 24.04.2014
3017
Azərbaycanın bir çox nazirlərinin sosial şəbəkələrdə səhifəsi və profilləri mövcuddur. Bu nazirlərin siyahısında milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adına rast gəlmək mümkündür. 2500-dən çox izləyicinin bəyəndiyi səhifədə əsasən Milli Təhlükəsizlik Nazirliyinə aid xəbərlər paylaşılır.
Sözügedən səhifənin nazir Eldar Mahmudova aid olub-olmadığı dəqiq bilinmir.
AzVision.az-ın sorğusuna cavab olaraq, MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, nazirliyə məxsus Facebook-da rəsmi səhifə fəaliyyət göstərir:
“Milli Təhlükəsizlik Nazirliyinə məxsus Facebook-da rəsmi səhifə var. Eldar Mahmudovun adına olan səhifəni isə araşdıracağıq”,-deyə nazirlik rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR