MTN iclas keçirdi

MTN iclas keçirdi
Bütün Xəbərlər
17:45 12.11.2014
984
“Terror və təxribat cəhdlərinin qarşısı alınıb”.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
MTN-dən AZXEBER.COM -a verilən xəbərə görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik edərək bildirib ki, müstəqilliyimiz tarixi reallığa çevrildikdən sonra dövlətçilik ənənələrinin bərqərar olması üçün siyasi lider amilinin müstəsna əhəmiyyət kəsb etməsi Azərbaycanın nümunəsində bir daha sübut olunub.
Milli təhlükəsizliyin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə danışan general-mayor Şahin Sultanov Azərbaycanın milli təhlükəsizlik orqanlarının məhz Konstitusiya və qanunlarımızda əks olunmuş prinsip və müddəaları rəhbər tutaraq xarici xüsusi xidmət orqanlarının ölkəmizdə pozuculuq fəaliyyətinin, terror və təxribat cəhdlərinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə uğurla fəaliyyət göstərən, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində əzmlə duran çevik və güclü dövlət təsisatı kimi formalaşdığını bildirib.
OXŞAR XƏBƏRLƏR