MTN-in sözcüsü həbslərdən danışdı - MÜSAHİBƏ

MTN-in sözcüsü həbslərdən danışdı - MÜSAHİBƏ
Bütün Xəbərlər
21:00 21.04.2012
1380
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəisi Arif Babayev APA-nın sorğusunu cavablandırıb. - Milli Təhlükəsizlik Nazirliyinin son məlumatında açıqladığı silahlı birləşmənin zərərsizləşdirilməsi üzrə əməliyyat tədbirləri ilə əlaqədar nə yeniliklər var? - Biz açıqlamamızda da qeyd etmişdik ki, cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək. Ümumən Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması istiqamətində bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur. - «Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin «Yasamal» filialının müdir müavini Elnur Seyidovun vəkilləri bildiriblər ki, müdafiə etdikləri şəxsin səhhəti pisləşib. Bu barədə məlumat verə bilərsinizmi? - Öncə qeyd etməliyəm ki, Elnur Seyidovun vəkillərinin iddialarının heç bir əsası yoxdur. Mən də onların bəzi qəzetlərə guya, “Milli Təhlükəsizlik Nazirliyinin həkimi təsdiq edir ki, Elnur Seyidovun vəziyyəti ağırdır və təcridxana şəraitində müalicəsi mümkün deyil” kimi verdikləri həqiqətəuyğun olmayan məlumatları oxumuşam. Bu il mart ayının 27-də Elnur Seyidov Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci, yəni dələduzluq yolu ilə vətəndaşları aldadaraq onların külli miqdarda əmlakını ələ keçirmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin müddətdən indiyədək onun sağlamlıq vəziyyəti ilə hazırkı durumu arasında mənfi istiqamətdə hansısa dəyişiklik baş verməyib. Eyni zamanda, Elnur Seyidovun həbsdə saxlanılmasının qeyri-mümkünlüyü barədə müvafiq tibbi rəy-ekspert rəyi də mövcud deyil. Elnur Seyidovun xəstəliyi və ya müalicəsi ilə əlaqədar özü, yaxud müdafiəçisi tərəfindən müraciət daxil olarsa, MTN İstintaq Baş İdarəsi tərəfindən məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsinə baxıla bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub