"MTN işi" ilə bağlı külli miqdarda mənimsəmə

SOSİAL
15:55 11.03.2016
2770
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının daha bir sahibkarın külli miqdarda pulunu ələ keçirməsi barədə məlumat var.
Bu barədə lent.az- a vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, hazırda həbsdə olan MTN-in Füzuli və Natiq adlı zabitləri Bəxtiyar adlı sahibkardan 100 min ABŞ dolları, 20 min manat və 50 ədəd İphone markalı telefonu hədə-qorxu yolu ilə alıblar.
Vəkil onu da bildirib ki, artıq bununla bağlı müvəkkili Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Faktla bağlı araşdırma başlanılıb.

OXŞAR XƏBƏRLƏR