MTN-nin qarşısında iki ‘Toyota’ toqquşdu - FOTOLAR

MTN-nin qarşısında iki ‘Toyota’ toqquşdu -  FOTOLAR
Bütün Xəbərlər
15:24 03.09.2013
1584

Bakıda Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısında qəza baş verib

Trend xəbər verir ki, Bakıda Parlament prospektində, Milli Təhlükəsizlik Nazirliyinin inzibati binası qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində "Toyota Land Cruiser Prado" və "Toyota RAV4" markalı iki avtomobil toqquşub. Toqquşma zamanı hər iki avtomobilə ciddi zərər dəyib. Hadisə nəticəsində ölən olmayıb. Avtomobillərin təxliyyəsi üçün əraziyə evakuator cəlb olunub. Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR