MTN polkovnikinin müəmmalı ölümünün şok - TƏFƏRRÜATI

MTN polkovnikinin müəmmalı ölümünün şok -  TƏFƏRRÜATI
Bütün Xəbərlər
10:26 18.01.2016
2931
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) ölümü üzərində sirr pərdəsi qalmaqdadır. Yanvarın 20-də onun ölümünün 1 ayı tamam olacaq. Ötən müddət ərzində İ.Əliyevin ölümü ilə bağlı yayılan rəsmi məlumatı şübhə altına alan kifayət qədər əsaslı dəlillər ortaya çıxıb.
AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, İlqar Əliyevin BİT-dəki kamerada özünü asmaq istəyinin, sadəcə, mümkünsüz olduğu ortaya qoyulub. Üstəlik, onun ölümündən 2 gün sonra BİT-dən onun kamera yoldaşı olduğu deyilən digər məhkum Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib.
Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İlqar Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.
Əldə etdiyimiz son bilgilər İlqar Əliyevin həbsindən sonra susmaq niyyətində olmadığını deməyə əsas verir. Belə ki, qaynağımız iddia edir ki, saxlanıldıqdan sonra barəsindəki həbslə əlaqəli təqdimata baxılarkən İlqar Əliyev konkret ünvanları silkələyəcək fikirlər səsləndirib. Tezliklə azad edilməyəcəyi təqdirdə bildiklərini geniş ictimaiyyətə çatdıracağı ilə bağlı mesajlar verib. Bir sözlə, kompromatları üzə çıxaracağının anonsunu verib.
Səbail Rayon Məhkəməsində barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilərkən bir qədər ümumi danışan İlqar Əliyev Bakı Apelyasiya Məhkəməsində fikirlərini konkretləşdirib, daha kəskin çıxış edib. Ona "bu gedişlə özünü yandıracaqsan" deyilsə də, İlqar Əliyev susmayacağını dəfələrlə ifadə edib.
İlqar Əliyevin bildikləri siyasi-kriminal janrda çoxsaylı kitabların ana xəttini təşkil edə bilərdi söyləsək, yanılmarıq. Çünki onun adı ictimai-siyasi olaylarda daim qırmızı xətlə keçib, ən qalmaqallı proseslərin yönləndiricisi kimi məhz MTN polkovnikinin silueti görünürdü. Belə bir şəxsin danışmasının hədəf götürdüyü şəxslər üçün elə də yaxşı nəticələr verməyəcəyini izah etməyə də ehtiyac yoxdur.
Məsələnin bu tərəfi də var ki, İlqar Əliyev illərlə MTN rəhbərliyinə daxil olan şəxs kimi ölkənin ictimai-siyasi həyatında xoş olmayan xatirələrlə anılan hərəkətləri öz şəxsi istəyi ilə törətməyib. Onun göstərişlə işlədiyi, ona tapşırılan məsələləri icra etdiyi də bəllidir. Bu baxımdan onun hər iki məhkəməsində hədəf götürdüyü kəslərin məhz onun keçmiş rəhbərliyi, o cümlədən də hazırda vəzifələrdə sıxılıb, qalmağı bacaran Mahmudovçu qrup olduğu bəllidir.
İlqar Əliyevin müəmmalı ölümündən sonra yayılan rəsmi məlumata ictimaiyyətin böyük əksəriyyəti inanmadı. Sonradan o da üzə çıxdı ki, polkovnikin ailəsi də onun intihar etdiyinə inanmır. İlqar Əliyevin ailəsinə yaxın mənbə "Yeni Müsavat"a demişdi ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara bildiriblər.
Həmin vaxt qaynağımız çox maraqlı bir məqamları aydınlaşdırmışdı. İlqar Əliyevin özünü müdafiə etməsi üçün vəkili ilə birgə müdafiə taktikası hazırladığını müxbirimizə xüsusi olaraq vurğulamışdı.
Həmin yazıdan sitat: "İlqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil".
Əlavə etmişdi ki, ailəsi baş vermiş hadisənin şokundadır: "O, niyə belə edib, bilmirlər. Həbsindən sonra həftədə iki dəfə ailəsi ilə danışıb. Onlara da deyib ki, narahat olmasınlar. Elə bilsinlər ki, bir ötəri hadisədir. Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni İlqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, İlqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?"
Ümumiyyətlə isə bu gün də polkovnik İlqar Əliyevin BİT-də özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. İlqar Əliyevin intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda hallanıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında İlqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək