MTRŞ: ANS odla oynayır

MTRŞ: ANS odla oynayır
Bütün Xəbərlər
16:48 14.10.2015
1776
“Azərbaycan ictimaiyyəti bu cür halları xoş qarşılamır”.
“Erməniləri tərifləyən, indi isə ANS-i dəstəkləyən o rus incəsənət adamları bəlkə ANS ÇM-də erməni mahnılarının səsləndirilməsini eşidib, cuşa gəliblər?”.
AZXEBER.COM  xəbər verir ki, bunu Milli Televiziya və Radio Yayımları Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.
O qeyd edib ki, Anspress.com saytında ANS televiziyasına Rusiyadan bir qrup incəsənət adamının “dəstək verməsi” ilə bağlı informasiyalar yer alıb:
“Əlbəttə ki, bunun təşkil olunmuş iş olduğu aydın məsələdir. Amma bu cür işləri görənlər yəqin ki, odla oynadıqlarının fərqindədir. Əvvəla ona görə ki, bir ölkənin daxili işlərinə xaricdən istənilən səviyyədə müdaxilə yolverilməzdir.
Azərbaycanda bu işə qol qoyan bir çoxlarının aqibəti də bəllidir. Digər tərəfdən, xaricdən dəstək verənlərin kimliyi də vacib məsələdir. Həmin altı nəfər rus incəsənət nümayəndələri arasında Anna Şatilovanın, Vladimir Maşkovun, Emmanuil Vitorqanın adları da yer alıb”.
T.Dadaşov bildirib ki, əslində incəsənət adamları sərbəst insanlar olur:
“Bu aydındır. Amma məlumdur ki, bizim torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistana isti münasibət sərgiləyən istənilən şəxsə qarşı yerli ictimaiyyətdə təbii olaraq müəyyən qıcıq var. Məhz buna görə də biz azərbaycanlılar bu nöqtədə həssas davranmalıyıq. Hələ-hələ “döyüş alnımıza yazılıb” şüarı ilə efirə çıxan ANS.
Sözümün canı ondadır ki, ANS-ə Rusiyadan dəstək verən o altı nəfərdən Anna Şatilovanın “youtube”da “Razqovor s armyanskim aksentom” erməni kanalında erməniləri, erməni konyakını o ki var tərifləyən videosu yayılıb, nəticədə ona baxan istənilən azərbaycanlıda belə bir insanın Azərbaycanda baş verənlərə xoş niyyətdən yanaşdığına şübhə yaradır”.
Şöbə müdirinin sözlərinə görə, məktuba imza atan Vladimir Maşkovla bağlı erməni saytları geniş yazılar yayıb:
“Ermənilər onun Spitak zəlzələsi ilə bağlı filmdə baş rollardan birini oynayacağı haqda yazırlar. Babalı öz boyunlarına. Emmanuil Vitorqan isə “youtube”da yer alan videoda Moskva erməni teatrının yubileyi ilə bağlı çıxış edir və əlbəttə ki, ermənilər, erməni teatrı barədə müsbət fikirlər səsləndirir.
Düzdür, demək olmaz ki, bu adları çəkilən rus incəsənət xadimləri bizim düşmənimizdir. Amma istər-istəməz Azərbaycan ictimaiyyəti bu cür halları xoş qarşılamır. Buna görə də həmin rus incəsənət xadimlərinin kimisə dəstəkləməsi üzərində qurulan şounun tərs üzünün ola biləcəyini də nəzərə almaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO