MTRŞ-da televiziyaların lisenziya müraciətinə baxılıb

MTRŞ-da televiziyaların lisenziya müraciətinə baxılıb
MEDIA
11:40 12.12.2013
1163
Bu gün Milli Televiziya və Radio Şurasında televizyalara lisenziyaların verilməsi ilə əlaqədar iclası keçirilib. 
MTRŞ-dan verilən məlumata görə, iclasda regional televiziya yayımçısı olan Aygün Müstəqil Televiziya və Radio Kompaniyasının (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb."Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə Aygün Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR