MTRŞ-dan direktorun ölümünə səbəb olduğu iddia edilən “Yoxlama” ilə bağlı – AÇIQLAMA

MTRŞ-dan direktorun ölümünə səbəb olduğu iddia edilən “Yoxlama” ilə bağlı – AÇIQLAMA
TOP4
17:55 30.01.2017
2074

Ötən həftə mətbuatın gündəmini zəbt etmiş xəbərlərdən biri də Bakı şəhəri Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Telman Balasən oğlu Qardaşovun qəflətən ölüm xəbəri oldu.

Telman Qardaşovun ailə üzvlərinin iddiaların görə məktəb direktorunun ölümünə səbəb kimi ATV kanalında yayımlanan "Yoxlama” verilişində mərhumla bağlı yayımlanan kadrlardır. Sözügedən iddia ölkə gündəmində hələ də müzakirə olunmaqdadır.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəsmisi Təvəkkül Dadaşov verilişdə yayımlanan kadrlarda teleradio qaydalarının pozuntusuna yol verilmədiyini söyləyib. MTRŞ rəsmisi informasiya saytlarının bu mövzunu şişirtdiklərini bildirib:

"Bu kadrlarda heç bir qanun pozuntusu yoxdur. Verilişin formatına uyğun olaraq aparıcı öz üzərinə düşən davranış qaydalarını həyata keçirir. Əlbəttə verilişdən narazı olanların olması normaldır. Buna səbəb isə verilişin araşdırma formatda olmasıdır. Ancaq ortada milli teleradio qaydalarının pozulması ilə bağlı heç bir fakt yoxdur”.

Qeyd edək ki, ATV telekanalının "Yoxlama" verilişindən sonra çox gərgin olan, stress keçirən məktəb direktoru yanvarın 26-da saat 11:00 radələrində qəflətən özünü pis hiss edib və təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.T.Qardaşov yanvarın 27-si səhər saatlarında isə xəstəxanada dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR