Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
AZXEBER.COM xəbər verir ki, iclasda“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin idman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. İclasda İdman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.