MTRŞ İlqar Mikayıloğlunu sərt tənqid etdi

MTRŞ İlqar Mikayıloğlunu sərt tənqid etdi
MEDİA
18:15 10.04.2015
3145

Milli Televiziya və Radio Şurası Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələri ilə bağlı hesabat hazırlayıb.

AZXEBER.COM-un məlumatına görə, MTRŞ-ın hesabatında ATV telekanalında yayımlanan “Gün üzü” verilişinin aparıcısı İlqar Mikayıloğlu sərt tənqid edilib.Bildirilib ki, aparıcı efir zamanı işlətdiyi ifadələrlə Azərbaycan qadınlarını təhqir edib:“Teleefir üçün müzakirəyə çıxarılan və çözüm obyektinə çevirilən mövzuların məsuliyyəti böyükdür. Amma əfsuslar olsun ki, bəzən elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur. Məsələn, “Azad Azərbaycan” televiziyasında 18.02.2015-ci il tarixdə efirə gedən "Gün üzü" verilişində aparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi "qadına" bənzətmiş və "baxın, qadın budur! Kişilərin beynini xarab edir" demiş və bu fikri bir neçə dəfə təkrar etmişdir. Aparıcı "qadının şərindənsə, gecənin şəri yaxşıdır" deməklə mövcud atalar sözünü təhrif etmiş, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir edib”.

OXŞAR XƏBƏRLƏR