Müasir dövrün ən təhlükəli siyasi rəqibi - Donald Tramp: Harris ona qalib gələ biləcəkmi?

DÜNYA
13:49 10.09.2024
161
ABŞ prezidentliyinə namizədlər Kəmalə Harris və Donald Tramp arasında çoxdan gözlənilən canlı yayım debatı bu axşam baş tutacaq.
 
AZXEBER.COM Qərb mətbuatına istinadla xəbər verir ki, Harrisin karyerasında ən kritik məqam kimi görünən debat ABŞ seçkilərinin taleyini müəyyən edə bilər.
 
Bu, vitse-prezidentin qələbə üçün hər şeyi edəcək, irqçi və cinsiyyətçi ritorikadan istifadə edən bir rəqiblə ilk dəfə üzbəüz gəlməsi olacaq.
  
Hazırkı prezident Co Baydenin iyun ayında Trampa qarşı fəlakətli debat performansı onun yarışdan geri çəkilməsi ilə nəticələnib.
 
Kamala Harrisin Demokratik namizəd kimi seçkiyə daxil olması bir neçə ştatı gündəmə gətirib.
 
Harris ABŞ tarixində ilk qaradərili qadın və Cənubi Asiyadan olan prezident olmağa çalışır.
 
O, ehtimal edilir ki, qalib gəlmək üçün hər şeyi edəcək.

Harris 2016-cı ildə Demokrat namizəd Hillari Klinton və Co Baydendən qat-qat az siyasi təcrübəyə malik olsa da, ABŞ siyasi tribunasında mühüm işlər görəcəyi gözlənilir.
 
ABŞ-də seçkiöncəsi hər həftə keçirilən sorğunun bu həftəki nəticələri göstərir ki, sseçicilərin 28 faizi Harris haqqında daha çox məlumat əldə etmək istəyir, lakin yalnız 9 faizi Tramp haqqında eyni fikirdədir.
 
Buradan məlum olur ki, Harris seçicilərin etimadını müəyyən dərəcədə qazana bilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR