"Diktator olsaydım, nümayişçilərin qarşısında zirehli maşınları görərdiniz"
Misiri 30 il boyu idarə edən Hüsnü Mübarəkin xatirələri “Roz El-Yusuf” qəzetində dərc olunmağa başlayıb.
“Ərəb baharı”ndan sonra baş verən üsyan nəticəsində devrilən Mübarək “diktator” sifətinə layiq olmadığını bildirib.
Mübarək kəşfiyyat mənbələrinin bir vaxtlar ona bəzi şəxslərdən qurtulmasını tövsiyə etdiyini yazıb. Keçmiş prezident bu şəxslərin Ərəb Birliyinin keçmiş baş katibi Amr Musa, keçmiş müdafiə naziri Abdulhalim Əbu Qazala və keçmiş kəşfiyyat rəhbəri Ömər Süleyman olduğunu qeyd edib.
ABŞ və İsrailin mənafeləri üçün çalışdığına dair iddiaları da rədd edən Mübarək “Əgər onları dinləsəydim, nümayişçilərin qarşısında bu ölkənin zirehli döyüş maşınlarını görərdiniz” deyib.
“Xalqın hər sözünə qulaq assaydım psixoloji problemlərim olardı” deyən Mübarək bu səbəbən hər kəsdən uzaqlaşmağı seçdiyini və bunun ən yaxşı yol olduğunu bildirib.
1981-ci ildə Ənvər Sədatın sui-qəsdə məruz qalmasına da toxunan Mübarək o hücumda Sədatın cəsədi sayəsində xilas olduğunu vurğulayıb