Mübariz Mənsimov 'Palmali'nin dəyərini açıqladı

Mübariz Mənsimov
Bütün Xəbərlər
17:27 07.02.2012
3004
"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bütün şirkətlər qrupunun dəyərini açıqlayıb. 
İş adamı Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində bu barədə açıqlama verib. Onun sözlərinə görə, son qiymətləndirmələrə görə bu məbləğ 6 və 7 milyard dollar arasında dəyişir."Biz radiostansiya, telekanal almışıq. İndi isə birini də açırıq. Palmalinin biznesdən başqa ambisiyası yoxdur. Şirkətin sahibi mənəm, mənim isə heç bir siyasi ambisiyam yoxdur", deyə M. Mənsimov bildirib.İş adamının sözlərinə görə, yük təyyarələri alsa da, onları satıb: "Bu bizim seqmentimiz deyil, mən bir də bu işə girməyəcəm: bu sahə çox ağırdır və korrupsiyalaşmışdır. Texniki cəhətdən isə hər şey donanmadan daha asandır".Qeyd edək ki, "Palmali" əsasən özünün ticarət donanması ilə yükdaşıma ilə məşğuldur. Şirkət neft və neft məhsulları da daşıyır.
OXŞAR XƏBƏRLƏR