Mübariz Qurbanlı: Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir

Mübariz Qurbanlı: Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir
SİYASƏT
12:00 24.08.2013
1575

“Human Rights House” Şəbəkəsinin Azərbaycanda seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsinin heç bir əsası yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına açıqlamasında deyib.Onun sözlərinə görə, bu yanaşma tamamilə qərəzlidir, qeyri-obyektivdir və məqsədli şəkildə yayılmış məlumatdır: “Bu təşkilat və onun rəhbərliyində olan şəxslər müstəqil Azərbaycana və onun yürütdüyü siyasətə qarşı qara piar kampaniyasına qoşulub”.M.Qurbanlı bildirib ki, bu təşkilatın arxasında Azərbaycanla bağlı hadisələri qərəzli göstərmək istəyən dairələrin olduğunu görmək mümkündür. Onun sözlərinə görə, artıq təşkilatın rəhbərliyində erməni mənşəli şəxslərin olduğu da bəllidir.“Human Rights House” Şəbəkəsinin maliyyə işləri ilə erməni mənşəli şəxsin məşğul olduğu artıq cəmiyyətimizə məlumdur. Ümumilikdə isə, biz bu məsələlər ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, ölkəmiz böyük neft-qaz ehtiyatlarına malikdir.Azərbaycan Prezidenti tam müstəqil siyasət həyata keçirir və bizim xarici siyasətimizdəki mövqeyimiz ədalətə söykənir. Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir.Burada bir neçə amil var ki, onun başında erməni lobbisi dayanır. Erməni lobbisi nəyin bahasına olursa-olsun, Azərbaycana qarşı qara piar kampaniyasına rəvac verir və bunu müxtəlif təşkilatlarda özünün nümayəndələrinin vasitəsilə həyata keçirməyə çalışır. Amma belə hərəkətlərlə Azərbaycana təzyiq etmək, ölkəmizin nüfuzuna ziyan vurmaq mümkün deyil” - deyə, YAP icra katibinin müavini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq