Mübariz Tağıyev: “Vətənpərvərlik mövzusunda mahnı oxumaqla vəzifəyə gəlməyə çalışırlar” - MÜSAHİBƏ

GƏNCLİK
20:34 29.10.2011
4665

Millət vəkili JaləƏliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı xalq artisti Mübariz Tağıyevin fikirlərini öyrənib. AZXEBER.COM portalı həmin müsahibəni təqdim edir...

“Mahnılar çoxluq təşkil edir amma bu mahnıların ömrü çox uzunömürlü olmur”.

“Mahnı xətrinə mahnı yazıb, onu gedib hansısa bir dövlət tədbirində oxumaq yalnız şəxsi maraqlara xidmət edən bir addımdır”.

“Gənclərin oxuduqları mahnıların özündə bir çox qüsurlar var”.

“Bir çoxları can atırlar ki, bu cür mahnılarla müəyyən dövlət tədbirlərində görsənsinlər”.

- Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir. Bu festivala münasibətiniz?

Bu mövzuda gənclər arasında ümumrespublika səviyyəli festival çoxdan keçirilməli idi. Düşünürəm ki, bu sənət sahələrini tam əhatə edir. Bu gün vətənpərvərlik mövzusunda mahnılar çoxluq təşkil edir, amma bu mahnıların ömrü çox uzunömürlü olmur və onlar insanların yaddaşında özünə yer tapmır. Düşünürəm ki, peşəkar bəstəkarlar bu işə qoşulmalı və məsuliyyətlə onlar bu işləri davam etdirməlidirlər. 

-Mübariz müəllim, vətənpərvərliyə aid peşəkar işlərin azlıq təşkil etməsinin səbəblərini nədə görürsünüz?

Bunun ən böyük səbələrindən biri məhz bu cür mahnıların hazırlanması zamanı yol verilən qüsurlardır. Mahnı xətrinə mahnı yazıb, onu gedib hansısa bir dövlət tədbirində oxumaq yalnız şəxsi maraqlara xidmət edən bir addımdır. Bu mövzu məsuliyyətli bir mövzudur, ona bu cür dırnaqarası yanaşmaq lazım deyil. Həmin müğənnilər nə qədər səmimi olsalar və gənclərə xitabən bu cür mahnılar oxusalar daha maraqlı işlər ortalığa çıxar. Hazırkı gənclikdə məhz bu cür mövzulara maraqlıdır. Onlar da yeni işlər ortaya çıxarmaq üçün biri-biriləri ilə rəqabətə girirlər. Bu çox müsbət bir haldır.

-“Yeni Ulduz”da seçim edərkən vətənpərvərlik mövzusunda oxumağa qadir olan insanlara üstünlük verirsinizmi?

Təbii ki, üstünülük veririk. Sadəcə, bu cür gənclərin oxuduqları mahnıların özündə bir çox qüsurlar var. Oranjımanında və ya sözlərində qüsurlar tapmaq olar. Onlar da ki, düzəldilə bilməyən səhvlər deyil.

-Mübariz müəllim, bəlkə bu cür mahnıları oxumaq toy mahnılarını oxumaqdan daha az gəlir gətirir deyə gənclər belə mahnılara üstünlük vermir? 

Təbii bu da öz növbəsindən təsir edən amillərdən biridir. Digər bir məsələ də, var ki bu da bu mahnıların əksəriyyətinin siyasi maraq daşımasıdır. Bir çoxları can atırlar ki, bu cür mahnılarla müəyyən dövlət tədbirlərində görsənsinlər. Mən bunun tam əlehinəyəm. Bu mahnıya səti yanaşılıbsa o zaman bu cür cılız addımlar nəyə və kimə lazımdır? Ona görə yuxarıda da qeyd etdiyim kimi, vətən haqqında oxumaq üçün ilk növbədə vətəni sevmək lazımdır.

-Sizcə həmin müğənnilər bu mahnıları dövlət tədbirlərində oxumaqla vəzifəyə can atırlar?

Təbii bu da onların istəklərindən biridir. Bilirsiniz bura hamını aid etmək də olmaz. Ancaq, bəziləri var ki, vətənpərvərlik mövzusunda mahnı oxumaqla vəzifəyə gəlməyə çalışırlar. Təbii ki, bu yol verilməzdir.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR