Müdafiə Nazirliyi cəbhədə baş verən insidentə münasibət bildirdi

Müdafiə Nazirliyi cəbhədə baş verən insidentə münasibət bildirdi
Bütün Xəbərlər
15:52 04.06.2013
1403

Eldar Sabiroğlu: “Azərbaycanın tərəfdən itki və yaralı olmayıb, Ermənistan mətbuatının bu barədə yaydığı məlumatlar yalandır”

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin Kəlbəcər rayonu istiqamətində baş verən insident barədə erməni mətbuatının yaydığı məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavabında bildirib ki, insident zamanı Azərbaycanın tərəfdən itki və yaralı olmayıb, Ermənistan mətbuatının bu barədə yaydığı məlumatlar yalandır. Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin Kəlbəcər rayonu istiqamətində ermənilərin mövqelərinə hücum etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, döyüşlərdən sonra Azərbaycan hərbçiləri öz mövqelərinə çəkilib, itki barədə məlumat yoxdur. Qeyd olunub ki, atışma zamanı erməni tərəfdən bir neçə hərbçi yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan hazırda ön xətdə vəziyyətin nəzarət altında olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən isə bildirilib ki, son bir neçə gündə Qarabağ cəbhəsində ermənilərin ön xəttə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirməsi müşahidə olunur. Eyni zamanda qarşı tərəf mühəndis istehkam maneələrini gücləndirir, mövqelərində möhkəmləndirmə işləri aparır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu