Müdafiə Nazirliyi: "Göyçayda tapılan qazla dolu şar təhlükəsizdir"

Müdafiə Nazirliyi: "Göyçayda tapılan qazla dolu şar təhlükəsizdir"
SİYASƏT
14:02 04.12.2019
2579
Müdafiə Nazirliyi Göyçay rayonunda vətəndaşa məxsus həyətdə aşkarlanan qazla dolu şarla bağlı məsələyə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilir ki, həmin şarın heç bir təhlükəsi yoxdur: "Bəzi yerli elektron KİV-də Göyçay rayonunda evlərdən birinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb.

Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.

Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur".
OXŞAR XƏBƏRLƏR