Bu ilin ilk ayında Azərbaycan ordusunda intihar hadisələri qeydə alınıb. Müdafiə Nazirliyi orduda intihar hallarının qarşısının alınması ilə bağlı hansı tədbirləri görür?
“Media forum” saytının sorğusunu cavablandıran mətbuat xidmətindən bunları bildiriblər: “Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə 2014-cü ildə 3 intihar hadisəsi qeydə alınıb. Cinayətlərin qarşısının alınması məqsədilə Respublika Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub”.