Müdafiə Nazirliyi mətbuatda yayılan xəbərlərə cavab verdi

Müdafiə Nazirliyi mətbuatda yayılan xəbərlərə cavab verdi
Bütün Xəbərlər
13:20 04.09.2013
781

Müdafiə Nazirliyi dünən Bakıda “Zabitlər evi”nin qarşısında bir qrup valideynin etiraz aksiyası keçirməsi haqda mətbuatda verilən məlumatlar barədə açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan açıqlamada bildirilib ki, valideynlərinetiraz etməsinin səbəbi aydın deyil: “Hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz. Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi, hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə həyata keçirilir. Bundan başlıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki, valideynlər belə etiraz edirlər? Lakin onlar övladlarının imtahansız və ya çox aşağı bal toplamalarına baxmayaraq köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər”.

Qeyd olunub ki, nazirlik bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyə edir.

Xatırladaq ki, mətbuatda dünənbir qrup vətəndaşın “Zabitlər evi”nin qarşısında yolu bağlamaları, müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun maşınına hücum etmələri barədə məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR