Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyindən müqavilə ilə işləyən heyətin sayının artırılması ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, hazırda Silahlı Qüvvələrdə müqavilə əsasında işləmək istəyənlərin müraciətləri toplanılır:
"Silahlı Qüvvələrdə müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşların hazırda müraciətləri toplanır".
Qeyd edək ki, bir müddət bundan öncə Müdafiə Nazirliyindən hərbi hissələrdə xidmət edən qadın qulluqçuların sayı barədə açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir.