Müdafiə nazirliyində növbəti kadr dəyişikliyi

Müdafiə nazirliyində növbəti kadr dəyişikliyi
Bütün Xəbərlər
16:09 19.11.2013
1915

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi polkovnik Vidadi Əsgərov tutduğu vəzifəsindən azad edilib.

 Bu barədə Trend-ə nazirlikdəki mənbədən bildiriblər.

Mənbənin dediyinə görə, həmin vəzifəyə polkovnik Mahmudağa Ağadadaşov təyin edilib.

Qeyd edək ki, bu vəzifədə cəmi 9 ay işləmiş Vidadi Əsgərov bundan əvvəl nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində rəis müavini olub.

Mənbə, həmçinin qeyd edib ki, KİV-də İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərovun da işdən uzaqlaşdırılması haqqında yayılan xəbərlər həqiqətəuyğun deyil. Hazırda o, vəzifəsinin icrasını davam etdirir.

OXŞAR XƏBƏRLƏR