Müdafiə Nazirliyindən partlayış səsləri ilə bağlı - Açıqlama

Müdafiə Nazirliyindən partlayış səsləri ilə bağlı - Açıqlama
SOSİAL
16:15 29.03.2022
449
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi aprelin 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

"Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq", - deyə nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR