Müdafiə Nazirliyinin bir sıra rəhbər şəxsləri vəzifələrindən azad edilib

Müdafiə Nazirliyinin bir sıra rəhbər şəxsləri vəzifələrindən azad edilib
Bütün Xəbərlər
16:50 25.10.2013
2237

Müdafiə Nazirliyində (MN) bir sıra struktur dəyişiklikləri olub.

AZXEBER.COM-un məlumatına görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə mühəndis-istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə M. Qədiməliyev I ordu birləşməsinin (Bərdə korpusu) mühəndis-istehkam xidmətinin rəisi təyin olunub. Bundan əlavə nazirliyin katibliyi polkovnik Samir Musayev və polkovnik Vaqif Hüseynov istisna olmaqla katiblik şəxsi heyəti, Hərbi polis idarəsinin rəisi polkovnik leytenant Bədir Həsənov da vəzifələrindən azad ediliblər. Bundan başqa MN-nin şəxsi heyətlə iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini, Səfərbərlik idarəsinin rəisi, general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə nazirliyin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək. MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssisələrindən birindən prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev də tutduğu vəzifədən azad edilərək, cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib.

 

OXŞAR XƏBƏRLƏR