Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib.
AZXEBER.COM Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, M.Şirvanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, fevralın 21-də Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.
M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.