“Media forum” saytının məlumatına görə, Eldar Sabiroğlu Türkiyə gedib və hazırda Gülhanə Tibb Akademiyasında müalicə olunur.Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “Media forum” saytına deyib ki, Eldar Sabiroğlu Gülhanə Tibb Akademiyasında altı ay əvvəl müalicə olunub, bir necə gün qabaq yenidən müayinədən keçmək üçün akademiyaya yollanıb: “Səhhətində ciddi bir problem yoxdur. Bir necə gündən sonra qayıdacaq. Biz hər gün telefonla əlaqə saxlayırıq, işlə bağlı fikir mübadiləsi aparırıq”.Teymur Abdullayev Eldar Sabiroğlunun hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb.***APA-nın məlumatına görə isə Azərbaycan Ordusu daha bir əsgərini itirib. Milli Ordunun əsgəri 19 yaşlı İbrahimov Anar Malik oğlu Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb. O, hemorragik vaskulit xəstəliyindən dünyasını dəyişib.