Türkiyənin Diyarbakır şəhərində ailə-məişət zəminində qorxunc cinayət hadisəsi baş verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, psixoloji müalicə alan müəllim, həyat yoldaşı və 3 uşağını bıçaqlayaraq öldürüb. Daha sonra yaşadığı binanın dördüncü mərtəbəsindən özünü ataraq intihar edib.
Hadisə yerinə gələn polis müəllimi xəstəxanaya göndərib. Polis müəllimin yaşadığı evə girərkən qorxunc bir mənzərəylə qarşılaşıb. Evdə bıçaqla öldürülən müəllimin həyat yoldaşının, uşaqlarının (4 yaşındakı və 2 yaşlarındakı əkizlərinin) cəsədlləri tapılıb. Xəstəxanada müalicə olunan məllimin də bədənində bıçaq izləri aşkar edilib.
Qeyd edək ki, Türk dili və ədəbiyyat müəllimi olan Nihat Sərt polisə verdiyi ifadəsində həyat yoldaşı və uşaqlarını öldürdüyünü, daha sonra özünü bıçaqlayaraq balkondan atladığını bildirib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Ozal İbrahimli