Bu gün Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsinə başlanılıb. Müəllimlərin işə qəbulu üzrə imtahanlar avqustadək davam edəcək.Müsabiqəyə ümumilikdə 15467 nəfər buraxılıb ki, onların arasında ibtidai sinif müəllimi işləmək istəyənlərin sayı daha çoxdur. Müsabiqəyə buraxılanların 3764 nəfəri ibtidai sinif, 2731 nəfəri ingilis dili, 2160 nəfəri Azərbaycan dili və ədəbiyyatı, 1483-nəfər riyaziyyat, 1112 nəfər tarix, 636 nəfr isə coğrafiya fənni üzrə elektron ərizə təqdim edib.Ümumilikdə bu il orta məktəblərdə və peşə liseylərində 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin yalnız 48-i peşə liseylərinin payına düşür.