"Müəllimdən müəllimə” təlimləri uğurla həyata keçirilir.
AZXEBER.COM xəbər verir ki, artıq üçüncü dəfədir ki, uğurla həyata keçirilən "Müəllimdən müəllimə" təlimləri hər yeni mərhələdə iştirakçı sayı artaraq təşəbbüsün təsir dairəsini genişləndirir.
Təlimlərə müxtəlif sahələrdə çalışan qadınların qoşulması qadınlar arasında həmrəyliyin və qarşılıqlı dəstək mühitinin güclənməsinə töhfə verir.
Burada qadınlar öz bilik və təcrübələrini paylaşaraq, bir-birindən öyrənir, birlikdə inkişaf edirlər. "Qadın-qadına dəstək” prinsipi ilə formalaşan bu təşəbbüs daha çox qadına güc verməyi hədəfləyir.
Bununla yanaşı "Müəllimdən müəllimə” layihəsi daha çox qadına ilham verməyi, onların sosial və peşəkar həyatlarında yeni üfüqlər açmağı qarşısına məqsəd qoyur.
Qeyd edək ki, bu təşəbbüs birlikdə öyrənərək və dəstək olaraq daha güclü gələcək qurmağın mümkün olduğunu sübut edir.
Layihə rəhbərləri: Jalə Mamed, Surə Əzimzadə, Aygül Qurbanova və Jalə Qurbanlıdır.