İnternetdə yayılan "müəllim"in videogörüntüsü böyük səs-küyə səbəb olub
"Facebook" sosial şəbəkəsində yayılan videogörüntü qısa müddət ərzində yayılaraq böyük etirazla qarşılanıb. Videogörüntüdə əlindəki xətkeşlə yaşları 5-7 arası uşaqlara qarşı müəllimin necə qəddarca davrandığı görünür.
Ərəbcə danışan "müəllim" yanına çağırdığı uşaqların dəftərlərinə baxdıqdan sonra onların əllərinə xətkeşlə vurur. Bununla kifayyətlənməyən müəllimin sırada qorxu ilə gözləyən uşaqların başına və kürəyinə də çəkinmədən vurduğu görünür.
Uşaqların əllərindən tutaraq döyən müəllimin hətta təbəssüm etdiyi də videogörüntüdə diqqətdən yayınmır. Uşaqların ağaladığı əsnada videon çəkənlərin gülüş səsləri də eşidilir.//teleqraf