Müəllimlər Günündə şagirdlərdən pul yığan müəllim və direktorlar işdən çıxarılacaq - Nazirlik xəbərdarlıq etdi

SOSİAL
00:12 05.10.2017
2167

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: "Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

OXŞAR XƏBƏRLƏR