Müəllimlər İnstitutunun 4 filialında oxuyan tələbələrin aqibəti necə olacaq?- Rəsmi Cavab

Müəllimlər İnstitutunun 4 filialında oxuyan tələbələrin aqibəti necə olacaq?- Rəsmi Cavab
Bütün Xəbərlər
13:48 26.02.2014
1068
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
AZXEBER.COM-un məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, həmin filiallara 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Ancaq buna baxmayaraq, bu filiallarda hazırda təhsil alan tələbələr təhsillərini sonadək davam etdirəcəklər.
AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənlər üzrə dərslər də təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR