Müəllimlər və direktorlar attestasiyadan keçiriləcəklər.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, bunda məqsəd pedaqoji kadrların peşəkar inkişafı və stimullaşdırmadır.“Bu məsələ təhsilin inkişaf strategiyasında nəzərdə tutulub. Sənəd təsdiq və tətbiq edildikdən sonra müvafiq mexanizmlər yaradılacaq və bu istiqamətdə işlərə başlanacaq” - deyə, məlumatda qeyd olunub.