Cari dərs ilində rayonlara 1174 müəllim göndərilib.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, müəllimlərə daha çox ehtiyac Gədəbəy, Lerik, Cəlilabad, Yardımlı rayonlarında olub.“Hazırda vakant yerlər tutulanadək müddətli müqavilə bağlamaqla ixtisaslı müəllimlər işə cəlb edilib” - deyə, məlumatda qeyd olunub.