Gədəbəyədə yol qəzası olub.
AZXEBER.COM xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub.
Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, mikroavtobusdakı şəxslər müəllimlər olub. Onlar Gəncədən Gədəbəyə işə gedirmişlər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.