Müəllimlərin diplomları yoxlanılacaq

Müəllimlərin diplomları yoxlanılacaq
Bütün Xəbərlər
17:17 15.10.2011
1418
APA-nın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. O deyib ki, saxta diplomların aşkara çıxarılması ilə bağlı proses Təhsil Nazirliyi tərəfindən aparılır: “Bütün məktəblərdə çalışan müəllimlərin diplomlarının nömrələrinin qeydiyyatı prosesi keçirilir. Bakı məktəbləri də bu prosesə qoşulacaq”.Qeyd edək ki, hazırda Bakı məktəblərində 31 min müəllim çalışır.Xatırladaq ki, respublikanın bir neçə rayonunun ümumtəhsil məktəblərində aparılmış yoxlamalar nəticəsində 92 təhsil işçisinin diplomunun saxta olduğu aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR