Türkiyənin İzmir şəhərində “Facebook” sosial şəbəkəsi vasitəsiylə oğurluq hadisəsi yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir neçə şəxs 20 illik müəllimin “Facebook” şifrəsini qıraraq hesabını ələ keçirib. Həmin hesabdan müəllimin yoldaşları ilə əlaqəyə saxlayıblar. Nəticədə öyrəndikləri telefon nömrələrinə mesaj göndərərək oğurluq ediblər.
“Facebook”dakı hesabını aça bilməyən evli və 1 uşaq atası olan müəllim, hesabının başqası tərəfindən ələ keçirildiyini başa düşüb. Şəxsi məlumatları və şəkillərinin pis niyyətlə istifadə edilə biləcəyindən qorxan müəllim, polisə şikayətçi olub.
Polis həmin şəxsləri saxlayıb
Ozal İbrahimli