Gənc müğənni Ayan Babakişiyeva səfərə hazırlaşır. Müğənni konkret hansı ölkəyə gedəcəyini nədənsə, sirr saxlayır. Bu barədə Milli.Az xəbər portalına danışan Ayan "Hansı ölkəyə gedəcəyimi demək istəmirəm. Qoy sirr qalsın. Bircə onu deyə bilərəm ki, Avropaya yollanacağam. Avropanın iki ölkəsinə səfərlərim var. Bundan əlavə isə, inşallah, dekabrın 18-də İsrailə yollanıram. Bu dəfə işgüzar xarakter daşıyan səfərim yaradıcılıq işlərimlə əlaqədər olacaq" - deyib.Gənc müğənni yeniliklərini də oxucularımızla bölüşdü. Belə ki müğənni Ağadadaş Ağayevin repertuarına müraciət edib. Ayan xalq artistinin "Gecdir daha" adlı mahnısını öz repertuarına daxil edib. Ayan Xanım İsmayılqızıdan yeni bir mahnı alıb. Sözləri Baba Vəziroğluna məxsus olan "Ya ona dön, ya məni sev" adlı mahnı artıq oranjiman edilib. Çox güman ki, adıçəkilən mahnıya yaxın zamanlarda klip çəkiləcək. Rejissor kimi Ayan bu dəfə də Pünhan Həsənliyə müraciət etməyi düşünür.Bəstəkar Kamal Ayan üçün xüsusi bir mahnı yazıb. Sözləri Baba Vəziroğluna məxsus olan yeni mahnı da maraqlı şəkildə oranjiman olunub.