Müğənni Ayan şahmat taxtasının üstündə şou göstərdi - FOTOLAR

FOTOSESSİYA
11:18 06.06.2013
6905

Azərbaycanlı gənc müğənni Ayan Babakişiyeva yenə tamaşaçıları təəccübləndirib.AZXEBER.COM-un məlumatına görə, sənətçi qeyri-adi sənət yenilikləri sırasına növbəti foto layihəsini daxil etib. Bahalı klip qiymətinə başa gələn foto layihə üzərində peşəkar heyət çalışıb. Modelyer Şəlalə Maqsudovanın kolleksiyası ilə tanış olarkən Ayan video lentlərdən hazırlanmaqda olan geyimlərdən bəhrələnmək qərarına gəlib. Uzun illər müğənni ilə çalışan vizajist Səbinə İmanovanın geyimlərlə tanışlığı böyük layihənin təməlini qoyub. 6 ay müddətində hazırlıq prosesini keçən video lentlərdən ibarət geyimdə parca məmulatndan istifadə olunmayıb. Hazır libas ətrafında hər kəsi heyrətləndirəcək maraqlı foto layihə ərsəyə gəlib. Müğənni özü layihəsi haqqında bunları bildirib:

“Ərsəyə gətirdiyimiz bu layihəyə “Qaranlıq şahzadəsi” adını yaraşdırmışıq. Amma hər qaranlıqda da bir nurun olması danılmazdır. Əziyyəti, maddi tutumu və qeyri-adiliyi ilə seçilən layihə bahalı klip qiymətinə başa gəlib. Şəlalə xanımın kolleksiyaları ilə tanış olanda qəti şəkildə bu geyimdən bəhrələnəcəyimi və onu heç kimə təqdim etməməyini bildirdim. Geyim bütünlüklə video lentdən hazırlanıb. Çəkiliş zamanı hərəkətlərimlə onları zədələməməyə çalışırdım. Obrazların birində başımda 8 kl ağırlığında dəmir elementləri gəzdirmişəm. Geyimləri mənzərələr tamamlayb. Böyük zəhmət və məbləğ hesabına ərsəyə gətirilən bu layihənin təkrarsızlığı və özəlliyi ilə seçiləcəyinə əminəm” – deyə Ayan Babakişiyeva bildirdi.

Qeyd edək ki,, fotolayihədə vizajist Səbinə İmanova, modelyer Şəlalə Maqsudova, fotoqraf Çingiz Seyfullayev, Video Backstage Fuad Seyfullayev, qrafist Asif Bafoğlu çalışıblar.

https://www.youtube.com/watch?hl=ru&gl=US&client=mv-google&v=9tVPjZTjTEw&nomobile=1

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq