Müğənni Elnarə: ‘Birdən qapı açıldı və Röya yerə yıxıldı’ - MÜSAHİBƏ

MAQAZİN
20:03 27.03.2012
4115

AZXEBER.COM portalı, Elnarə Xəlilovanın portalımızın Şimali Kiprdəki əməkdaşı Cəfər Mənsimiyə verdiyi müsahibəni təqdim edir...

Bu vaxta kimi bir çoxlarından müsahibə almışdım. Ancaq bu qədər xoş təəssürat aldığım yadımda deyil. Gözəl səsi, musiqi duyumu, özünü tamaşaçılara sevdirmək qabiliyyəti ilə yanaşı, incə zarafatları da varmış bu xanımın. Onunla Şimali Kiprin Doğu Akdeniz Universitetində Novruz bayramı ilə bağlı təşkil olunmuş konsert gecəsində rastlaşdıq. Beləliklə, müsahibimiz Azərbaycanın məşhur müğənnilərindən olan Elnarə Xəlilovadır. Suallarımıza verdiyi səmimi cavabları sizlərə də təqdim edirik.

- Elnarə xanım, öncə bayramınızı təbrik edirəm. Baharı ürəyinizdə yaşamanızı diləyirəm. Bu bahar gəlişiylə sizə nələr vəd edir, nə gözləyirsiz?

- Bu bahardan qəşəng hava, günəş, yağış, Bakı küləyi, palçıq, tıxaclı yollar gözləyirəm… Ən əsası da “Evrovision” müsabiqəsini.

Əslində, Baharın mənimlə heç bir əlaqəsi yoxdur. Nə də ki, tanışlığı. Buna görə də, mənə heç bir şey vəd etməyib. (Gülür)

-Bəs sizi gözləyən hansı gerçəkləşməyən arzularınız var?

- Dayanacaqda məni Arzu adlı bir qız gözləyirdi. Mən görüşə gecikdiyim üçün o, mənimlə görüşə bilmədi. Nəticədə isə Arzu ilə görüşümüz gerşəkləşmədi. (Gülür)

- Xüsusi isim olan Arzunu nəzərdə tutmuram. Mən məhz insan arzularını nəzərdə tuturam. Yoxsa gerçəkləşməyən arzularınızdan danışmaq istəmirsiniz?

- Həqiqətən? Mən də elə bilirəm ki, qonşumuzun qızı Arzunu deyirsən… Sən Allah bağışla. (Gülür)

Şükür Allaha ki, bu gün gerçəkləşməyən elə bir arzum yoxdur. Arzularımı gerçəkləşdirməyim üçün sadəcə fikirləşməyim yetər. Belə ki, əvvəl fikirləşirəm, sonra dilimə gətirirəm. Daha sonra özümə cəlb edirəm. Sonda isə Allah bunu mənə yetirir. Necə deyərlər, niyyətin hara, mənzilin ora.

- Neçə vaxtdır ki, efirdən uzaqsız. Buna səbən nədir?

- Əslində mən belə düşünməzdim.

(Söhbətin bu yerində mənə çox xoşbəxt insan olduğumu bildirir: “Çünki mən sizə birbaşa, canlı olaraq müsahibə verirəm. Mən adətən müsahibəni belə vermirəm. Məndən müsahibə götürmək istəyən jurnalistlər öz suallarını mənim e-mail ünvanıma göndərirlər. Sonra mən suallarla tanış olur, cavablandırıb özlərinə göndərirəm. Məndən birbaşa müsahibə almağı bacardığınız üçün sizi alqışlayıram. Təəssüf ki, müxbirlərimiz arasında peşakarlar azdır. Mən onlara sualları elekton ünvanıma göndərin deyən zaman məni düzgün başa düşmürlər. “Ulduzluq xəstəliyinə tutulub” kimi ifadələr işlədirlər”.)

- Elnarə xanım, gündəmdə qalmaq üçün xüsusi bir düsturunuz varmı?

- (Bir az fikirləşir) Ümumillikdə sənətçilər bir müddət göz önündən itirlər. Bir neçə ay keçdikdən sonra isə yenidən “partlayışla” çıxırlar.

Adam da var ki, görməmişdir. Ayda iki mahnı və ya iki klip ortalığa çıxardır. Biri o birisinin uğurunu öldürür. Yəni pullar xərclənir, vaxt gedir. Həm də ki, əziyyət çəkilir. Amma ki, hər şey boş, çox mənasız alınır. Xərclənən külli miqdarda puldan tutmuş əziyyətə, mahnıya qədər hamısı puç olur.

Mən belə etmirəm. Mən əvvəlcə bir mahnını seçirəm. Sonra isə bir neçə il həmin mahnı ilə yaşayıram. Bu mahnını yaşadıqca onu oxumaq keçir könlümdən. Bundan sonra o mahnını oxumaq qərarına gəlirəm. Bütün mahnılarımı yuxarıda söylədiyim kimi səsləndirirəm. Düşünürəm ki, bu bütün müğənnilərdə belə olmalıdır. Yeri gəlmişkən, indiki müğənnilərə bir tövsiyyə vermək istərdim. Təəssüf ki, çox zaman müğənnilər sadəliklə sadəlövhlüyü səhv salırlar. Bu yerdə onların nəzərinə bir şeyi çatdırım ki, sadəlik gözəllikdir, amma sadəlövhlülük isə tərbiyəsizlik, mədəniyyətsizlikdir.

- Bəs bu gözdən uzaqlıqla unudulmaqdan qorxmursunuz ki? Yoxsa hesab edirsiniz ki, əsas könüldən iraq olmayasan?

- Yox, qorxmuram. Axı qorxan gözə çöp düşər. (Gülür) Mən düşünürəm ki, Azərbaycanda edə biləcəyim hər şeyi etmişəm. Elə iki həftə əvvəl Türkiyədə idim. Sözləri və musiqisi Günel Sərdarqızına məxsus olan “Centilmen” adlı mahnıma klip çəkdirdim. Həmin “Centelmen”nin təqdimatını da bu konsertdə etdim.

- Bəs efirdən bu qədər uzaq olduğunuz halda, sizi bura gətirən xüsusi bir səbəb varmı?

- Elə bir xüsusi səbəbim yoxdur. Ümumiyyətlə, xeyriyyə tədbirlərində iştirak etməyi hər zaman sevmişəm. Tələbələrlə bir arada olmaqdan həmişə xüsusi zövq duymuşam. Tələbələrə dəstək olmaq da bizim borcumuzdur. Çünki gənclər bizim gələcəyimizdir. Keçirilən konsertdən də, Şimali Kiprdən də çox böyük bir zövq aldım. Təmiz hava, dəniz, sakitçilik mənə çox ləzzət etdi. Hətta deyərdim ki, Şimali Kiprdə mənimlə bağlı bir iş olarsa, ailəmlə buraya köçüb yaşayardım.

- Bayramı vətəndən kənarda qeyd etmək sizinçün nə ifadə edir?

- Bu bayramı vətəndən kənarda qeyd etməyə çox alışmışam. Deyirlər ki, Novruzu neçə qarşılayırsansa, 7 ildə həmin günü o cür yaşayırsan.

- Bəs bu bayramla bağlı maraqlı bir xatirəniz varmı, bizimlə bölüşəsiz? Adətən Novruz bayramını necə qeyd edirsiz?

- Demək indi Arzu xaladan yox, Xatirədən danışmaq lazımdır. (Gülür) 5-6 il bundan əvvəl qardaşım papaq atmışdı. Papağın içində nə görmək istəyirdisə, kağıza yazıb onun içərsinə qoymuşdu. Bundan çox böyük zövq almışdım.

- Qızlar adətən qulaq falına çıxır. Qulaq falınızdan hələ də unutmadığınz bir söz qalıbmı?

- Ümumiyyətlə, mən fala inanmıram. Buna görə də, heç qulaq falına çıxmamışam. Bir dəfə həyat yoldaşım Rövşən veriliş çəkirdi. O zaman qulaq falına çıxmalı idik. Yaxşı xatırlayıram, qulaq falına çıxdığımız zaman birdən qapı açıldı və Röya yerə yıxıldı. O zaman çox gülmüşdüm. Elə məmin veriliş zamanı üzük falına da baxmışdıq. Demək, əlimə üzük taxmışdım. Üzük dəfə o tərəfə, bu tərəfə gedib gəldi və nəhayət, 26 cı da dayandı. Həqiqətən də, 26 yaşımda ailə qurmuşam.

- Bugünkü konsertdə Lalə Məmmədova ilə eyni səhnəni bölüşürsünüz. Bu günə qədər elə bir müğənni olubmu ki, onunla eyni səhnəni bölüşmək istəməmisiniz? Və ya indi eləsi varmı?

- Olub və indi də var. O qədər çox olub ki, saylarını unutmuşam.

- Bəs eyni səhnəni bölüşmək istəməməyinizin səbəbi nədir və kimlərdir onlar?

- Onların adlarını da çəkərəm, problem deyil. Amma ki, onların adlarını çəkməyi özümə yaraşdırmıram. Hətta çox böyük və maraqlı layihələrə təklif aldığım zaman onlarla birlikdə olacağıma görə təklif olunan layihələrə qatılmamışam. Çünki bizim tərzlərimiz çox fərqlidir.

- Maraqlıdır, onlar məşhur müğənnilərdir?

- Bəli, kifayət qədər məşhurdular.

- Yeri gəlmişkən, bu yaxında Aygün Kazımova Azərbaycan səhnəsinin yeganə divası olduğunu bildirib. Daha sonra Röya da səhnənin bir nömrəli divası olduğunu səsləndirib. Bəs sizcə, şou-biznes aləmində bu statusa layiq olan kimdir?

- Kim nə deyir desin, bu gün üçün səhnəmizin divi İntiqamdır (gülür)

- Ay Elnarə xanım, İntiqam kimdir? Axı bu sənətdə İntiqam adında biri ortaqlıqda yoxdur…

- İntiqam- səhnəmizin divi. İntiqam mənə görə var., ortalıqda olmasa daolar. Onu da mən tanıyıram. (Gülür)

- Bəs İntiqamın yerini tutmaq fikiriniz yoxdur? Və ya Elnarə Xəlilova özü nə vaxt səhnəmizin divası olacaq ?

- Heç vaxt kiminsə yerində gözüm olmayıb. Nə də ki, heç vaxt belə arzuda olmamışam

OXŞAR XƏBƏRLƏR